ÖZ XƏBƏR
Milli Məclisin 1,6 milyonluq avtomobil təmiri üçün şərtlər açıqlanıb
Azərbaycan Respublikası Milli Məclisi 2026-cı il üzrə nəqliyyat vasitələrinin cari təmiri xidmətinin və ehtiyat hissələrinin satın alınması üçün tender elan edib.
32gun.az xəbər verir ki, satınalma çərçivə sazişi tətbiq etməklə həyata keçiriləcək və ehtimal olunan qiymət 1.599.787,36 AZN təşkil edir.
Tenderdə iştirak etmək istəyən şirkətlərə əsas şərtlər toplusunda qeyd olunan iş həcmi siyahısına uyğun olaraq Forma2-də imzalı və möhürlü qiymət təklifini təqdim etmək tələb olunur. Hər bir mal və xidmətin dəyəri bütün sətirlər üzrə göstərilməli, boş xanalar qalarsa, qiymət təklifi formal tələblərə uyğun gəlmədiyi üçün kənarlaşdırılacaq.
Tender yalnız 1 ədəd avtomobilin cari təmir xidmətini əhatə edən paket üzrə həyata keçirilir.
Ayaz