SON DƏQİQƏ! Operativ Qərargah iki vacib məlumatı əhaliyə çatdırdı
Azərbaycanda bu gün koronavirus infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 31 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
32gun.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 3 nəfər COVID-19-dan dünyasını dəyişib.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 18 957 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 32gun.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1031, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2475, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 14568, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 883 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 425 032, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 322 427, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 821 276, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 054 089, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 227240 nəfər təşkil edir.