ÖZ XƏBƏR
Ekologiya Nazirliyi plastik lövhələr üçün tender elan etdi
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti “Plastik lövhə (Birka)”nin satın alınması üçün tender elan edib.
32gun.az xəbər verir ki, tender çərçivəsində alınacaq lövhələrin qalınlığı minimum 3 mm, materialı polipropilen-polietilen, ölçüsü 3x7 sm, küncləri oval və yuxarı kənarından 5 mm aşağıda diametri 5 mm olan bağlantı nöqtəsi ilə təchiz olunacaq. Lövhələr lazer avadanlığı ilə yazılmaya davamlı və sarı rəngdə olacaq.
Alınacaq miqdar 100.000 ədəd, ehtimal olunan dəyəri isə 16.520,00 AZN təşkil edir.
Nilay