ÖZ XƏBƏR

Azərbaycan Dövlət Aqrar Universitetində cari təmir işləri üçün layihə-smeta sənədi hazırlanacaq

Azərbaycan Dövlət Aqrar Universiteti Publik Hüquqi Şəxsi tədris binalarında aparılacaq cari təmir işləri üzrə layihə-smeta sənədinin hazırlanması üçün satınalma proseduruna start verib.

32gun.az xəbər verir ki,, satınalma çərçivəsində ölçü işlərinin aparılması, memarlıq həllərinin hazırlanması, tikintinin təşkili layihəsinin hazırlanması və smeta sənədlərinin tərtib edilməsi nəzərdə tutulur.

Satınalma üzrə ehtimal olunan qiymət 14.500,00 AZN təşkil edir.

Qeyd edək ki, layihə-smeta sənədlərinin hazırlanması təmir işlərinin düzgün planlaşdırılması, keyfiyyətli icrası və maliyyə xərclərinin effektiv idarə olunması baxımından vacibdir.

Ayaz

Oxşar Xəbərlər