ÖZ XƏBƏR
Azərbaycan Turizm və Menecment Universiteti mühafizə xidmətinə 66 min manat verəcək
Azərbaycan Turizm və Menecment Universiteti 2026-cı il üçün mühafizə xidmətinin satın alınması ilə bağlı müsabiqəni yekunlaşdırıb. Satınalma üzrə qalib “SECURİTY OPERATİON SERVİCES” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
32gun.az xəbər verir ki, bağlanacaq müqavilənin dəyəri 66 min 070 manat 56 qəpik təşkil edir və xidmət 12 ay müddətinə nəzərdə tutulub. Müqaviləyə əsasən, universitetin giriş qapılarının mühafizəsi, professor-müəllim heyətinin, tələbələrin və qonaqların təhlükəsizlik məqsədilə yoxlanılması, ərazinin perimetr boyu nəzarətdə saxlanılması, eləcə də kənar şəxslərin universitet ərazisinə daxil olmasının qarşısının alınması təmin ediləcək.
Qeyd edək ki, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətovdur.
Ayaz