ÖZ XƏBƏR

FHN-in Yanğından Mühafizə Xidməti avtomobil təmirinə 112 min manat ayırır

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti nəqliyyat vasitələrinin cari təmiri ilə bağlı satınalma elan edib.

32gun.az xəbər verir ki, xidmətə məxsus avtomobillər üçün müxtəlif ehtiyat hissələri və avadanlıqların alınması nəzərdə tutulur.

Satınalma çərçivəsində fara-reflektorlar, yanacaq nasosunun salnikləri, arxa fanarlar, kipkəclər, qoşucu açarlar, salon işıqları və digər ehtiyat hissələrinin (“və sairə”) əldə olunacağı göstərilir.

Bu işlər üzrə ehtimal olunan qiymət 112.498 manat təşkil edir. Qeyd edək ki, dövlət qurumlarının nəqliyyat vasitələrinin cari təmiri adı altında ayırdığı bu cür məbləğlər xərclərin əsaslandırılması və şəffaflığı baxımından ictimai maraq doğurur.

Ayaz

Oxşar Xəbərlər