ÖZ XƏBƏR

Göyçay Peşə Hazırlığı Mərkəzinin 10,5 min manatlıq satınalması ləğv edildi

Dövlət Məşğulluq Agentliyinin tabeliyində fəaliyyət göstərən Göyçay Peşə Hazırlığı Mərkəzi maşın və avadanlıqların satın alınması ilə bağlı elan etdiyi tenderi ləğv edib.

32gun.az xəbər verir ki,  ləğv səbəbi kimi satınalmada iştirak üçün təklifi və təminatı təqdim edən, tələb olunduğu halda müvafiq lisenziya və icazəyə malik təchizatçıların sayının üçdən az olması (36.1.1) göstərilib. Ləğv eyni zamanda nəzarət orqanının təsdiq etmədiyi yekun protokola da bağlıdır.

Qeyd edək ki, ləğv edilən satınalma üzrə ehtimal olunan qiymət 10.575,75 manat təşkil edirdi. Bu, dövlət qurumlarında kiçik məbləğli, lakin maraq göstərilməyən tenderlərin də dayandırıla biləcəyini göstərir.

Ayaz

Oxşar Xəbərlər