ÖZ XƏBƏR

Aqrar Xidmətlər Agentliyinin 180 min manatlıq kompüter satınalması ləğv edildi

Aqrar Xidmətlər Agentliyinin 180 min manatlıq kompüter satınalması ləğv edildi

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və tabeliyindəki mərkəzlər üçün nəzərdə tutulmuş kompüter avadanlıqlarının alınması və quraşdırılması ilə bağlı tender ləğv edilib.

32gun.az xəbər verir ki,   ləğv səbəbi kimi nəzarət orqanının qərarı göstərilib.

Satınalma üzrə ehtimal olunan qiymət 179.989 manat təşkil edirdi. Bu, dövlət qurumlarının texniki avadanlıqların alınması üzrə planlaşdırılan xərclərinin nəzarət orqanları tərəfindən dayandırıla biləcəyini nümayiş etdirir.

Ayaz

Oxşar Xəbərlər