ÖZ XƏBƏR

Azərbaycan Dillər Universiteti mühafizə xidmətinə 239 min manat xərcləyir

Azərbaycan Dillər Universiteti mühafizə xidmətinin satın alınması ilə bağlı elan edib.

32gun.az xəbər verir ki,  tender üzrə xidmət “GESCO” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təmin ediləcək. Tərəflər arasında bağlanacağı düşünülən müqavilənin dəyəri  239.332,32 manat təşkil edir.

Məlumatlara görə, mühafizə xidmətinə universitet binasının qorunması üçün 1 nəfər növbə rəisi və 14 nəfər mühafizəçi daxildir. Xidmət 12 aylıq müddət üçün nəzərdə tutulub.

Qeyd edək ki, universitetin mühafizə xərcləri ilə yanaşı, işçilərin effektiv idarəsi üçün Zoom, AnyDesk, Desktop (all-in-one) və Notebook kimi texniki avadanlıqlar da istifadə ediləcək.

Ayaz

Oxşar Xəbərlər