ÖZ XƏBƏR
Bakı Mühəndislik Universiteti laboratoriya avadanlıqlarına 224 min manat xərcləyəcək
Bakı Mühəndislik Universiteti publik hüquqi şəxsi laboratoriya avadanlıqlarının satın alınması ilə bağlı tenderi tamamlayıb.
32gun.az xəbər verir ki, tenderdə qalib “Fuad-Kimya Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Bu satınalma üzrə ehtimal olunan müqavilə məbləği 224.178,89 manat təşkil edir. Universitetin laboratoriya avadanlıqlarına ayırdığı bu həcmdə vəsait təhsil və elmi-tədqiqat fəaliyyətlərinin keyfiyyətinin artırılması məqsədini güdür.
Ayaz