ADSEA-nın tabeliyindəki idarə 377 min manatı görün nəyə xərcləmək istəyir
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti “Şəmkirçay TPK-ın və suvarma şəbəkəsinin tikintisi” layihəsi çərçivəsində torpaq sahələri üzrə mülkiyyətçilərə dəyən zərərin kompensasiyasını hesablamalıdır.
32gun.az xəbər verir ki , tenderin qalibi “Açar Qiymətləndirmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və satınalma üzrə ehtimal olunan məbləğ 377.187 manat təşkil edir.
Layihə üzrə qiymətləndirmələr aşağıdakı sahələrdə həyata keçiriləcək:
-
Xüsusi mülkiyyət: Şəmkir şəhəri və Zəyəm qəsəbəsi, Zəyəm Cırdaxan, Sabirkənd, Şiştəpə, Dəllər Cəyir kəndləri üzrə – 88 ədəd; Yeni Həyat, Qədim Qala, Çaparlı, Keçili, Əliyaqublu, Dəllər Cırdaxan, Dəllər Daşbulaq kəndləri üzrə – 400 ədəd; Çinarlı qəsəbəsi və 10 kənd üzrə – 465 ədəd.
-
Bələdiyyə mülkiyyəti: Şəmkir şəhəri və Zəyəm qəsəbəsi, Zəyəm Cırdaxan, Sabirkənd, Şiştəpə, Dəllər Cəyir kəndləri üzrə – 38 ədəd; Yeni Həyat və digər kəndlər üzrə – 95 ədəd; Çinarlı qəsəbəsi və 10 kənd üzrə – 95 ədəd.
Qeyd edək ki, layihə çərçivəsində torpaq sahələrinin qiymətləndirilməsi və kompensasiyasının düzgün hesablanması, həm layihənin icra sürəti, həm də yerli sakinlərin hüquqlarının qorunması baxımından önəm daşıyır.
Ayaz