Mərkəzi Bank 54 min manat ayırdı - Bunun üçün
Azərbaycan Respublikasının Mərkəzi Bankı server, kompüter və rabitə avadanlıqları üçün ehtiyat hissələrinin satın alınması ilə bağlı satınalma proseduru elan edib.
32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 54.442,84 AZN təşkil edir.
Texniki şərtlərə əsasən, alınacaq məhsullar sırasında M.2 NVME/SATA SSD korpus adapterləri, DisplayPort–HDMI 2.1 çeviriciləri, HDMI–VGA çeviriciləri, kabel kəsicilər, termo pastalar və kabel bağları yer alır. Məhsulların bir hissəsi yüksək ötürmə sürəti (10 Gbps), 4K və 8K görüntü dəstəyi, müxtəlif əməliyyat sistemləri ilə uyğunluq və “plug & play” xüsusiyyətlərinə malik olmalıdır.
Məlumata görə, satınalma çərçivəsində ayrı-ayrı məhsullardan 2–40 ədədədək təminat nəzərdə tutulur. Sözügedən ehtiyat hissələri Mərkəzi Bankın informasiya texnologiyaları infrastrukturunun fasiləsiz və təhlükəsiz fəaliyyətinin təmin edilməsi məqsədi ilə istifadə olunacaq.
Qeyd edək ki, satınalma siyahısına daxil olan mallar server və işçi kompüter avadanlıqlarının texniki istismarı üçün vacib komponentlər hesab olunur.
Ayaz