ÖZ XƏBƏR
"Qaçqınkom" Bakıda binaların cari təmirinə 431 min manat ayırır
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə olan Müəssisələr Müdiriyyəti Bakı şəhəri ərazisində məcburi köçkünlərin məskunlaşdığı binalarda cari təmir işlərinin satın alınması ilə bağlı satınalma proseduru elan edib.
32gun.az xəbər verir ki, işlərin ehtimal olunan qiyməti 431.179,08 AZN olaraq müəyyən edilib.
Məlumata görə, satınalma çərçivəsində paytaxt ərazisində yerləşən və məcburi köçkün ailələrinin yaşadığı binalarda cari təmir işlərinin görülməsi nəzərdə tutulur. Təmir işləri yaşayış şəraitinin yaxşılaşdırılması və binaların istismar vəziyyətinin qorunmasına xidmət edəcək.
Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdir.
Ayaz