ÖZ XƏBƏR
Bərdə Rayon İcra Hakimiyyəti 909 min manatı bu şirkətə köçürə bilər
Bərdə Rayon İcra Hakimiyyətinin şəhər nümayəndəliyi abadlıq işlərinin satın alınması üzrə tenderin qalibi olaraq “AVTOYOLTIKINTISERVIS” Məhdud Məsuliyyətli Cəmiyyətini seçib.
32gun.az xəbər verir ki, şirkətlə bağlanacaq müqavilənin dəyəri 909.513,44 AZN təşkil edir.
Tenderin nəticəsi şəhər ərazisində abadlıq və kommunal xidmətlərin yaxşılaşdırılması, park və küçələrin təmiri, eləcə də ictimai infrastrukturların modernləşdirilməsi məqsədini daşıyır. Lakin böyük məbləğdə müqavilənin bir şirkətə həvalə olunması maliyyə şəffaflığı ilə bağlı ictimai suallar yaradır.
Ayaz