ÖZ XƏBƏR
Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi bu şirklətlə müqavilə bağladı
“Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi” Publik Hüquqi Şəxsi dəftərxana və təsərrüfat mallarının satın alınması üzrə tenderin qalibi olaraq “APO RM GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətini seçib.
32gun.az xəbər verir ki, Şirkətlə 33.310,34 AZN dəyərində müqavilə bağlanıb.
Satınalma çərçivəsində mərkəz üçün gündəlik fəaliyyət və inzibati işlərin təmin olunması məqsədilə müxtəlif ofis və təsərrüfat malları tədarük ediləcək. Tenderin nəticəsi müəssisənin işçilərinin və inzibati strukturların ehtiyaclarının vaxtında və tam ödənilməsini hədəfləyir.
Ayaz