ÖZ XƏBƏR

"Kargolux"la bağlı ciddi iddia: Bağlamalar açıq və yararsız vəziyyətdə müştərilərə təqdim olunur

"Kargolux" karqo şirkəti ilə bağlı daha bir ciddi şikayət ictimailəşdirilib.

32gun.az bildirir ki, Türkan Hüseynova adlı vətəndaş sosial şəbəkədə paylaşdığı məlumatda ona məxsus bağlamaların dəfələrlə yırtılmış və açılmış vəziyyətdə çatdırıldığını iddia edib.
Şikayətçinin sözlərinə görə, bu, ilk hal deyil. O bildirir ki, ona göndərilən bağlamalar kargomatlara yerləşdirilməzdən əvvəl açılıb, məhsullar isə artıq istifadə olunmuş və ya natamam vəziyyətdə təqdim edilib. Paylaşımda qeyd olunur ki, bağlamanın içində olması gərəkən kartlar və testerlər ümumiyyətlə yoxdur.
Türkan Hüseynova sual edir ki, bu cür halların təkrarlandığı bir şəraitdə müştərilər məhsullarını kimə etibar etməlidir. O, baş verənləri “ayıb hərəkət” adlandıraraq, karqo şirkətlərinin məsuliyyətsizliyindən narazılığını açıq şəkildə ifadə edib.
Sosial şəbəkələrdə yayılan foto və videogörüntülər də bağlamaların ciddi şəkildə zədələndiyini və müdaxilə edildiyini göstərir. Paylaşım qısa zamanda geniş müzakirələrə səbəb olub və Kargolux-un xidmət keyfiyyəti ilə bağlı suallar yaradıb.

Nilay 

Oxşar Xəbərlər