ÖZ XƏBƏR

Bakı Slavyan Universiteti 545 min manatdan çox vəsaitə inventar alır

Bakı Slavyan Universiteti ümumi və texniki təyinatlı predmetlərin satın alınması ilə bağlı tender elan edib. Satınalma universitetin tədris və yataqxana infrastrukturunun təmin olunmasına yönəlib.

32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 545.766,97 AZN təşkil edir. Tender çərçivəsində əsasən yataqxana üçün yatacaqlar, masa və masaüstü dolablar, paltar dolabları, yemək masaları, stullar və partalar alınması nəzərdə tutulur.

Sənədlərdə göstərilir ki, yataqxana üçün nəzərdə tutulan yatacaqlar MDF-LAM materialdan hazırlanmalı, ortopedik döşəklə təchiz olunmalı və sandıqçalı olmalıdır. Eyni zamanda, masa və dolablar, ikiqapılı paltar dolabları, yemək masaları və stullar da texniki tələblərə uyğun şəkildə sifariş edilir.

Tender paketinə ən böyük pay isə 400 ədəd partanın alınması ilə bağlıdır. Partaların metal profilli korpusa, əlavə rəflərə və qalın ölçülü materialdan hazırlanmış üst hissəyə malik olması tələb olunur.

Ayaz

 

Oxşar Xəbərlər