Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu 150 min manatdan çox vəsaitə örtük sistemi alır
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxsi tərəfindən “Polietilen örtük sistemi, komplekt avadanlıqlarının alınması və montaj işlərinin həyata keçirilməsi” ilə bağlı satınalma proseduru elan edilib.
32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 150.496,26 AZN təşkil edir.
Tender sənədlərinə əsasən, satınalma çərçivəsində istixana tipli örtük sistemi üçün müxtəlif avadanlıqların alınması və quraşdırılması nəzərdə tutulur. Bunlara örtük sisteminə uyğun 7.800 metr Richel profil, 8.000 metr plasmas klips, həmçinin montaj işləri daxildir.
Eyni zamanda, 100 dəst pəncərə daraq kaseti, 20 ədəd 42-lik boru (10 metr) və ümumi sahəsi 3.210 kvadratmetr olan böcək tülünün alınması da satınalma predmetinə daxildir.
Ən böyük həcm isə polietilen örtük sisteminin özünə aiddir. Belə ki, 36 aylıq, 180 mikron qalınlığında, 7 qatqı maddəli və işıq keçiriciliyi 85–90 faiz aralığında olan polietilen örtük materialının ümumilikdə 12.180 kvadratmetr sahəni əhatə etməsi planlaşdırılır.
Ayaz