ÖZ XƏBƏR

Mərkəzi Kimyəvi və Toksikoloji Laboratoriyanı bu şirkət təmir edəcək 

“Mərkəzi Kimyəvi və Toksikoloji Laboratoriya” publik hüquqi şəxsi tərəfindən laborator cihaz və avadanlıqların cari təmiri ilə bağlı keçirilən satınalma proseduru yekunlaşıb.

32gun.az xəbər verir ki,  satınalma üzrə qalib kimi “SEM-AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti müəyyən edilib.

Məlumata görə, tərəflər arasında 40.179 AZN məbləğində müqavilənin bağlanması gözlənilir. Satınalma laboratoriyada istifadə olunan cihaz və avadanlıqların işlək vəziyyətdə saxlanılması və fasiləsiz fəaliyyətin təmin olunması məqsədi daşıyır.

 Ayaz

Oxşar Xəbərlər