ÖZ XƏBƏR

Şəhid leytenant Mayıs Yaqubovun anasına son sarılışı

Şəhid leytenant Mayıs Yaqubovla bağlı yayılan görüntü sosial şəbəkələrdə dərin kövrəklik yaradıb.

32gun.az bildirir ki, kadrda onun anasına sığınıb sarıldığı anlar əks olunur. Ananın dilindən səslənən “Mayıs gəlməyəcək deyir...” sözləri isə izləyənlərin ürəyini parçalayıb.

Qeyd edək ki, Naxçıvan Xüsusi Təyinatlılarının zabiti olan Mayıs Yaqubov 20 aprel 1998-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. O, 17 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Qəhrəmanlıqları ilə həmişə qəlblərdə yaşayan kəşfiyyatçı leytenantı döyüş yoldaşları “əjdaha” ləqəbi ilə çağırırmış.
Bu kadrlar bir daha Vətən uğrunda canından keçən qəhrəmanlarımızın analarının yaşadığı ağrını və fəxri bütün çılpaqlığı ilə göstərir.

Nilay 

Oxşar Xəbərlər