ÖZ XƏBƏR
Ucar Rayon Mərkəzi Xəstəxanası liftlərin texniki servis xidmətini satın alır
“Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi 7 ədəd sərnişin-yük liftinin texniki servis xidməti üçün satınalma elan edib.
32gun.az xəbər verir ki, Satınalmanın ehtimal olunan qiyməti 13 950 AZN təşkil edir. Xidmət çərçivəsində liftlərin aylıq texniki baxışı həyata keçiriləcək, bu baxış və sazlanma işlərinə qapı yayı, qapı trosu-remeni, qapı diyircəyi, qapı kontaktları, yağlama işləri, LED lampalar və drosel, kabina və əks yük ayaqcığı daxil olacaq. Xidmət 11 ay müddətində, 6 iş günü xidmət istisna olmaqla təmin ediləcək.
Ayaz