ÖZ XƏBƏR
Şamaxı Rayon İcra Hakimiyyəti 744 min manat xərcləyəcək
Şamaxı Rayon İcra Hakimiyyəti qarşısında yerləşən Heydər Əliyev parkında tikinti və təmir işləri üzrə satınalma prosedurunu yekunlaşdırıb.
32gun.az xəbər verir ki, satınalma üzrə qalib “CONSTRUCTION BUSINESS GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. Qurumla bağlanacaq müqavilənin məbləği 744 443,75 AZN təşkil edəcək.
Qeyd edək ki, parkda aparılacaq tikinti və təmir işləri şəhərin ictimai məkanlarının müasir və təhlükəsiz vəziyyətinin təmin edilməsinə yönəlib.
Ayaz