ÖZ XƏBƏR

“Aqrar Tədarük və Təchizat” ASC mühafizə xidmətinə 121 min manat xərcləyəcək

“Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti mühafizə xidmətlərinin satın alınması üzrə prosedur həyata keçirir.

32gun.az xəbər verir ki, satınalma çərçivəsində nəzərdə tutulan xidmətlər:

  • Əlavə mühafizə xidməti: 8 nəfər, 24 saat xidmət, 60 gün müddətində.

  • Yarmarka mühafizə xidməti: 4 nəfər, 24 saat xidmət, 365 gün müddətində.

  • Ofis mühafizə xidməti: 2 nəfər, iş günləri axşam 18:00-dan səhər 09:00-dək, istirahət və ümummilli bayram günləri isə 24 saat, 365 gün müddətində.

Satınalmanın ehtimal olunan qiyməti 121 439,70 AZN təşkil edir. Qeyd edək ki, bu xidmətlər şirkətin əmlak və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsinə yönəlib.

Ayaz

Oxşar Xəbərlər