SOSIAL

Azərbaycanın Əməkdar rəssamı HƏBS EDİLDİ

Azərbaycanın Əməkdar rəssamı həbs edilib.

32gun.az xəbər verir ki, bu barədə "Report"a vəkil Adəm Məmmədov məlumat verilib.

O bildirib ki, Ələkbərov Rəşad Böyükağa oğlu prokurroluq əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Bu gün R.Ələkbərovun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R.Ələkbərov Azərbaycanın Əməkdar rəssamıdır.

Oxşar Xəbərlər