ÖZ XƏBƏR
“Azərenerji” 8,5 milyon manat ayırdı
“Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti Ələt Azad İqtisadi Zonası ətrafında yol kəsişməsinə düşən hissədə və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tələbinə əsasən tikilən Karqo terminalı ətrafında kabel xətlərinin tikintisi işlərini həyata keçirmək üçün satınalma proseduru elan edib.
32gun.az xəbər verir ki, işlərin məqsədi elektrik enerjisinin fasiləsiz və təhlükəsiz təminatını gücləndirmək, həmçinin ICAO-nun tələblərinə uyğun olaraq Karqo terminalının infrastrukturu ilə bağlı enerji sistemini tamamlamaqdır.
Satınalma üzrə ehtimal olunan qiymət 8.521.621,00 AZN təşkil edir.
Ayaz