SOSIAL
Nazirlikdən əhali arasında yayılan yeni virusla bağlı AÇIQLAMA
Son günlər əhali arasında yayılan və qusma ilə müşayiət edilən xəstəlik koronavirusla əlaqəli deyil.
32gun.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
"Bunun rotavirus və ya digər viruslarla əlaqəli olması güman olunur”, - o qeyd edib.