Tanınmış müğənni Alla Puqaçovanı tənqid etdi
Müğənni və bəstəkar Yekaterina Semenova Alla Puqaçovanın “qullar və nökərlər” barədə səsləndirdiyi fikirləri sərt şəkildə tənqid edib.
32gun.az yazır ki, o bu barədə NEWS.ru-ya açıqlama verib.
Semenova bildirib ki, heç bir, hətta çox böyük sənətçi belə tamaşaçı olmadan mövcud ola bilməz və sənət adamları öz auditoriyasına hörmət etməlidir.
“Haradansa, Yer kürəsinin o biri başından çıxıb demək ki, ‘siz qullar idiniz, indi isə nökər olmusunuz’ — bu, tamaşaçıya nə qədər hörmətsizlik etmək deməkdir? İnsanlar haqqında belə düşünmək üçün böyük sayğısızlıq lazımdır. Dünyada elə bir peşə yoxdur ki, insanları təhqir etməyə haqq versin”, — deyə bəstəkar vurğulayıb.
Xatırladaq ki, Ukraynada xüsusi hərbi əməliyyatlar başlayandan sonra Alla Puqaçova həyat yoldaşı Maksim Qalkin (Rusiyada xarici agent kimi tanınıb) və övladları ilə birlikdə Rusiyanı tərk edərək İsrailə köçüb. Müğənni Rusiyadan getdikdən və həyat yoldaşından sonra özünün də “xarici agentlər” siyahısına salınması çağırışlarına cavab olaraq tənqidçilərinə müraciət edib və onu sevməyən insanların “əvvəl nökər, indi isə qul olduqlarını” deyib.
Yekaterina Semenovanın fikrincə, Puqaçova ölkəni “qorxduğu üçün” tərk edib.
“Bəs nədən qorxdu? Müharibəyə sanitar kimi aparılacağından? Ya nədən? ‘Yəqin Maksimə görə…’ Amma onun kimilərini də orduya aparmırlar. Nədən bu qədər qorxmalı idi? Uşaqlarının taleyindən? Hamımızın uşaqları, nəvələri var”, — deyə müğənni əlavə edib.
Nilay