ÖZ XƏBƏR

Dərbənddə toy görüntüləri maraq doğurdu:  azərbaycanlılarının milli adət-ənənələri

Dərbənd rayonunun Velikent kəndində keçirilən toy mərasimindən yayılan görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub və qısa zamanda xəbər mövzusuna çevrilib.

32gun.az bildirir ki, Görüntülərdə toyun Azərbaycan milli adət-ənənələrinə uyğun şəkildə keçirildiyi aydın görünür. Milli musiqilər, rəqslər, geyimlər və mərasim qaydaları Velikent azərbaycanlılarının öz mədəni köklərinə nə qədər bağlı olduqlarını bir daha nümayiş etdirib.
Qeyd edək ki, Velikent kəndinin sakinləri doğma Azərbaycan mədəniyyətinə çox həssas və bağlıdırlar. Kənddə Azərbaycan dili gündəlik ünsiyyətdə qorunub saxlanılır, milli adət-ənənələr nəsildən-nəslə ötürülür. Statistikaya görə, Velikent əhalisinin 99 faizdən çoxunu azərbaycanlılar təşkil edir. Yerli əhali kəndi Azərbaycan dilində Vəlikənd adlandırır.
Dərbənddə çəkilən bu toy görüntüləri təkcə bir ailə mərasimi deyil, eyni zamanda regionda yaşayan azərbaycanlıların milli kimliyini, mədəni irsini və birliyini əks etdirən canlı nümunə kimi dəyərləndirilir. Sosial şəbəkə istifadəçiləri də paylaşıma müsbət rəylər bildirərək, Velikent azərbaycanlılarının mədəniyyətə bağlılığını yüksək qiymətləndiriblər.

Nilay 

-->

Oxşar Xəbərlər