ÖZ XƏBƏR

Bakı Sağlamlıq Mərkəzində içməli su ilə bağlı satınalma ləğv edildi

Bakı Sağlamlıq Mərkəzi Publik Hüquqi Şəxsi tərəfindən içməli suların satın alınması ilə bağlı elan edilmiş satınalma proseduru ləğv olunub.

32gun.az xəbər verir ki,  satınalma portalında yer alan məlumata görə, müsabiqənin ləğv edilməsinə səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim edən, tələb olunduğu halda müvafiq lisenziya və ya icazəyə malik təchizatçıların sayının üçdən az olmasıdır. Bu hal “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinə əsasən prosedurun davam etdirilməsini mümkünsüz edib.

Qeyd edək ki, sözügedən satınalma üzrə ehtimal olunan qiymət 15.788 AZN təşkil edib.  

Nilay

Oxşar Xəbərlər