ÖZ XƏBƏR
Şəhid Muxtar Qasımlının bu fotosu sosial şəbəkələrdə maraqla qarşılanıb
Vətən müharibəsinin qəhrəman şəhidi, fitnes üzrə Azərbaycan çempionu Muxtar Qasımlının bu fotosu sosial şəbəkələrdə paylaşılıb.
32gun.az xəbər verir ki, İgidimizin qürurlu duruşu ilə diqqət çəkən bu görüntüsü izləyicilər tərəfindən böyük rəğbət və ehtiramla qarşılanıb. İstifadəçilər fotoya çoxsaylı şərhlər yazaraq şəhidimizin əziz xatirəsini yad ediblər. Qeyd edək ki, peşəkar idmançı olan Muxtar Qasımlı 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun həm idman karyerası, həm də döyüş yolu bu gün gənclər üçün əsl örnək hesab olunur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Ayaz