ÖZ XƏBƏR

30 il həbs cəzası alan azərbaycanlı  saxlanılıb - Dilucu sərhəd keçidində

Türkiyənin İğdır vilayətində polis əməkdaşları tərəfindən aparılan “axtarışda olan şəxslərin tutulması” istiqamətində tədbirlər zamanı barəsində beynəlxalq axtarış elan edilmiş şəxs saxlanılıb.

32gun.az-ın məlumatına görə, Azərbaycan vətəndaşı S.G. “bir neçə şəxslə birlikdə iş yerindən silahlı quldurluq” cinayətinə görə 30 il müddətinə qəti hökm alıb. Onun İstanbul Ağır Cəza Məhkəməsinin 28 mart 2013-cü il tarixli qərarı əsasında axtarışda olduğu bildirilib.

S.G. Naxçıvandan Türkiyəyə daxil olarkən Dilucu Sərhəd Keçid Məntəqəsində Iğdır Vilayət Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Şübhəli polis idarəsində aparılan istintaq tədbirlərindən sonra məhkəməyə çıxarılıb.

Məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilən S.G. Iğdır S Tipi Qapalı Cəza İnfaz Müəssisəsinə təhvil verilib. Faktla bağlı bütün hüquqi prosedurların tamamlandığı bildirilib.

Ayaz

Oxşar Xəbərlər