ÖZ XƏBƏR
Milli Depozit Mərkəzi dəftərxana və təsərrüfat mallarını satın alır
Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi dəftərxana və təsərrüfat mallarının satın alınması üçün “Güvən Lux” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayacaq.
32gun.az xəbər verir ki, müqavilənin dəyəri 25.000,32 AZN təşkil edir və ehtimal olunan qiymət 26.251,13 AZN göstərilib.
Satınalma çərçivəsində A5 və A4 formatlı zərflər, loqolu və sadə firma blankları, reyestr və çıxarış blankları, A4 kağız paketləri və digər ofis üçün zəruri mallar alınacaq. Məsələn, 10 ədəd A5 diplomat zərfi, 180 ədəd loqolu A4 zərf, 565 ədəd sadə A4 zərf, 75 ədəd loqolu firma blankı, 5.000 ədəd reyestr və çıxarış blankı, 235 bağlama A4 kağız satın alınacaq.
Ayaz