DÜNYA
"Qazax-İcevan dəmir yolunda müəyyən inkişaflar ola bilər" - Paşinyan
Ermənistan-Türkiyə sərhədində körpülər tikiləcək.
"32gun.az" Unikal'a istinaden xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən təhlükəsizlik forumunda müzakirələr zamanı bildirib.
"Marqara şəhərində, o cümlədən, Yerasxın Axurik şəhərində gömrük və sərhəd terminalları tikilməlidir. Mən proqnozlaşdırıram və ehtimal da yüksəkdir ki, İcevan-Qazax hissəsində müəyyən inkişaflar ola bilər", - deyə o,vurğulayıb.
Paşinyan əlavə edib ki, Ermənistan-Türkiyə sərhədində elektrik xətlərinin yenidən təchiz edilməsi də olacaq, çünki bəzi şeylər hələ də Sovet dövründən qalıb.