Taylandda tikinti kranının sərnişin qatarının üzərinə aşması nəticəsində ölənlərin sayı 28-ə yüksəlib.
32gun.az xəbər verir ki, bu barədə Khaosod qəzeti məlumat yayıb.
Son məlumatlara görə, hadisə nəticəsində 60 nəfər xəsarət alıb. Əvvəllər 55 nəfərin yaralandığı bildirilirdi. Jurnalistlərin məlumatına əsasən, qatarın göyərtəsində ümumilikdə 190 sərnişin olub. Qatarın üzərinə aşan tikinti konstruksiyaları yüksək sürətli qatar xətlərinin inşasında istifadə edilirmiş.
Tikinti işçilərindən biri nəşrə bildirib ki, konstruksiyalar qatar hərəkətdə olarkən çöküb və qatarın ikinci və üçüncü vaqonlarına dəyib. Nəticədə qatar relsdən çıxıb.
Hazırda faciə yerində xilasedici xidmətlərin əməkdaşları çalışır, əzilmiş vaqonlardan sağ qalan sərnişinlər çıxarılır.
Rusiyanın Taylanddakı səfirliyinin konsulluq şöbəsi TASS agentliyinə bildirib ki, diplomatik nümayəndəliyə Rusiya vətəndaşları arasında zərərçəkənlərin olması ilə bağlı hər hansı məlumat daxil olmayıb.
Nilay