SOSIAL

İllik ödənişi 11 min olan Dünya Məktəbinin külli miqdarda vergi borcu ÜZƏ ÇIXDI - FOTOFAKT

Xəzər Universiteti nəzdində fəaliyyət göstərən Dünya məktəbinin dövlətə külli miqdarda vergi borcu yaranıb. 

32gun.az-ın məlumatına görə, şirkətin bu günə olan vergi borcu  66min 389 AZN (66389.43 AZN) təşkil edir.  

Bildirək ki, sözügedən məktəb 07.02.2011 tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 AZN  olan şirkətin qanuni təmsilçisi Nazpəri Bayramova Zəhman qızıdır.

Qeyd edəki,  Xəzər Universitetinin "Dünya məktəbi"ndə  Azərbaycan, Rus bölmələri üçün ödənişlər  1-9-cu siniflər- 7500 AZN, 8-ci sinif- 8000, 9-11-ci siniflər- 8500 AZN ,  İngilis dili bölməsi üçün 1-4-cü siniflər- 9500 AZN, 

5-9-cu siniflər- 11 000 AZN təşkil edir.  

Nilay

 

Oxşar Xəbərlər