SOSIAL

MN döyüş sursatlarının utilizasiyası ilə bağlı məlumat yaydı

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Bu barədə 32gun.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, döyüş sursatlarının utilizasiya prosesi 04.04.2022-ci il tarixdən 09.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

"Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək", - nazirlikdən bildirilib.

Oxşar Xəbərlər