SOSIAL
Xırdalanda güclü külək məktəbin damını UÇURDU - VİDEO
Əsən güclü külək nəticəsində Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bu barədə 32gun.az-a Abşeron Rayon Təhsil Şöbəsindən bildirilib. Qeyd edilib ki, vəziyyətlə bağlı məktəbdə dərhal ilkin təhlükəsizlik tədbirləri həyata keçirilib, aidiyyəti qurumlara məlumat təqdim olunub. Ən qısa zamanda dam örtüyünün bərpa işlərinə başlanacaq.