"Qaçqınkom"un müəssisələrinin külli miqdarda vergi borcları üzə çıxdı - FOTO
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müəssisələrinin dövlətə külli miqdarda vergi borcu yaranıb.
32gun.az-ın məlumatına görə, qurumun bu günə olan vergi borcu 17 min 244 manat təşkil edir.
Belə ki, Qaçqınların Və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin "Təchizat və İstehsalat” İdarəsinin Təsərrüfat Hesablı Baza Sənaye Kombinatının vergi borcu 17 min 42 AZN-dir (17042.55AZN).
Sözügedən qurum 10.04.1998 tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Ələşrəf Haciyev Ələskər oğludur.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin İstehsal Və İstehsal-Təlim Mərkəzləri İdarəsinin Təsərrüfat Hesablı "Üç Çinar" Qaçqın İstehsalat Kombinatının isə dövlətə olan vergi borcu 201 AZN (201.55AZN) təşkil edir.
Adı çəkilən Kombinant Ləğv prosesində olsa da hələ də vergi borcunu ödəməyib.
Bildirək ki, sözügedən qurum məktəb 22.11.1995 tarixində dövlət qeydiyyatına alınıb. Üç Çinar" Qaçqın İstehsalat Kombinatının qanuni təmsilçisi Fürüdun Hacıyev Məhərrəm oğludur.
Nilay