SOSIAL

Nazirin özünə yeni müdir təyin etdiyi şəxs görün kimdir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinə müdir təyin olunub. 

32gun.az Qaynarinfo-ya istinadən xəbər verir ki, nazir Rəşad Nəbiyevin müvafiq əmri ilə Vasif Əmiraslanov həmin şöbənin müdiri təyin edilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Qaynarinfo-ya xəbəri təsdiqləyiblər. 

Xatırladaq ki, bundan əvvəl sözügedən şöbənin müdiri Arif Məmmədov Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri təyin olunub.

Oxşar Xəbərlər