SOSIAL
Elman Rüstəmov bu vəzifəyə təyin ediləcək
“Mərkəzi Bankın İdarə Heyətindən çıxarılandan sonra onun ya Nazirlər Kabinetində hansısa vəzifəyə gətiriləcəyi, ya da diplomatik xətlə hansısa ölkəyə səfir göndəriləcəyi gözləniləndir”.
Bunu maliyyə-bank eksperti Əkrəm Həsənov Mərkəzi Bankın İdarə Heyəti üzvlüyündən çıxarılan Elman Rüstəmovun başqa yeni bir vəzifəyə təyin edilib-edilməyəcəyi barədə sualı cavablandırarkən deyib: “Bu addımın baş verməsi ehtimalı böyükdür. Adi xalqın gözündə E.Rüstəmovun reytinqi o qədər yüksək olmasa da hökumət və müxalifətin ona münasibəti adətən müsbətdir. Belə ki, Elman Rüstəmov vaxtilə Mərkəzi Banka Əbülfəz Elçibəyin qərarı ilə təyin olunub”./Bizim.media