SOSIAL

İcra başçısı "KAMAZ" sürücüsünü necə baş memar təyin etdi - ŞOK İDDİA

Sumqayıt şəhər Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar Adil Xudadatovun Sumqayıtda və  Bakıda olan obyektlərinin siyahısı, əmisinin adına Ucar rayonu İcra Hakimiyyətinin Başçısı I müavini Vaqif Mehdiyevlə ortaq şirkətinin olması barədə xəbər vermişdik. 

32gun.az xəbər verir ki, baş memar  keçmiş fəaliyyəti ilə gündəmə gəlib. 

Belə ki, sosial şəbəkələrdə bəzi KİV-lərə istinadən paylaşılan məlumata görə, Adil Xudadatov "KaMaz" srücüsü olub. Məlumatda bildirilir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun vasitəsi ilə vəzifəyə gətirilib. İddiaya görə, Kamaz sürücüsü olan Xudadatov əvvəl başçının müavini, sonradan isə Sumqayıt şəhər Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memarı vəzifəsinə təyant alıb. 

Hətta Xudadatovun xaricdə oxuyar  2 ali təhsil diplomunu Rusiyadan saxta üsulla aldığı iddia edilib. 

 

Oxşar Xəbərlər