SOSIAL
Bakı metrosunda yeni TƏYİNAT
“Bakı Metropoliteni”ndə kadr dəyişikliyi olub.
32gun.az oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı qurumun sədri Zaur Hüseynov əmr imzalayıb.
Əmrə əsasən, “Bakı Metropoliteni” QSC-nin Hərəkət Qatarları üzrə İş Departamentinin rəisi vəzifəsinə Elmar Əzimov təyin edilib.
O, bu təyinata qədər baş mühəndis kimi çalışıb.