DÜNYA

Yeni sanksiyalardan sonra Rusiya və Belarusu nələr gözləyir - Şallenberq

"Avropa İttifaqının yeni sanksiyalar paketi Rusiya və Belarusun hərbi-sənaye kompleksinə təsir edəcək". 

32gun.az xəbər verir ki, bunu Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq bildirib.

Onun sözlərinə görə, bu gün Brüsseldə Rusiyaya qarşı altıncı sanksiyalar paketi müzakirə olunur ki, onun mühüm bəndi neft məhsulları və neftin idxalına qadağa qoyulması olacaq.

"Növbəti bankların, xüsusən də Rusiyanın ən böyük bankı Sberbank-ın SWIFT sistemindən kənarlaşdırılması Belarus banklarına da şamil edilir. Xüsusilə güclü sanksiyalar Rusiya və Belarusun hərbi sənaye kompleksinə qarşıdır", - Şallenberq Avstriya Nazirlər Kabinetinin iclasından sonra deyib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər