DÜNYA

TƏCİLİ! ABŞ ordusu Rumıniyaya daxil olur - Buna görə

Rumıniya prezidenti ABŞ ordusunun ölkəyə daxil olmasına icazə verib.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezident Klaus İohannis bu barədə parlamentə məlumat verib:

"Rumıniyaya Amerikanın Stryker batalyonu göndəriləcək. O, NATO-nun müdafiə sahəsində tapşırıqlarını yerinə yetirəcək".

Yerli mətbuata danışan Klaus İohannis  F-35 qırıcı eskadrilyasının gəlişini gözlədiyini də əlavə edib.

Rumıniya liderinin məktubunda qeyd edildiyi kimi, qərar “Rusiyanın Ukrayna yaxınlığında və Qara dəniz regionunda hərbi mövcudluğunun kütləvi şəkildə gücləndirilməsi” ilə bağlıdır.

Nurlan Şiraliyev
 

Oxşar Xəbərlər