Putinlə bağlı qalmaqallı 9 May iddiası: meydandan onları keçirəcək
Rusların bu il Ukrayna müharibəsinin kölgəsində qeyd edəcəyii Qələbə Günü ilə bağlı heyrətamiz iddialar səsləndirilib.
32gun.az xəbər verir ki, Qərb mətbuatında yer alan xəbərlərə görə, Rusiya lideri Putin mayın 9-da qələbə nitqi ilə çıxış edəcək və bununla da müharibədə verdikləri itkiləri ört-basdır edəcək.
Moskva administrasiyası Qızıl Meydanda keçiriləcək bayramlarda möhtəşəm parad keçiriləcək.
“The Times” qəzetində yer alan xəbərə görə, Ukraynada müharibənin kölgəsində baş tutacaq Qələbə bayramı şənliklərində Ukraynada rus əsgərləri tərəfindən əsir götürülən 500 əsirin Qızıl Meydandan keçmək məcburiyyətində qala biləcəyi iddia edilib.
Qeyd edək ki, ilk gündən Ukraynaya işğalı əməliyyat adlandıran Putinin 9 May Qələbə Günündə Ukraynaya rəsmən müharibə elan edə biləcəyi də iddia edilmişdi. //olke.az