KRİMİNAL

Azərbaycanda axtarışda olan 85 nəfər SAXLANILDI

Respublikanın daxili işlər orqanları mayın 18-də törədilən 58 cinayətin üstünü “isti izlər”lə açıb.

Daxili İşlər Nazirliyindən 32gun.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 85 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 70 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

Oxşar Xəbərlər