EKONOMİKS

“Sübut olundu ki, dəmir yumruq hələ də qüvvədədir” -   Emil Səməndərov

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan  arasında keçirilən üçtərəfli görüşü  növbəti tarixi görüş adlandırmaq olar. Sübut olundu ki, dəmir yumruq hələ də qüvvədədir. 

Sayca üçüncüsü keçirilən üçtərəfli görüşdə Azərbaycan növbəti qələbəsini sübut etdi”.

32gun.az xəbər verir ki bu sözləri iş adamı, sahibkar Emil Səməndərov deyib. 

İş adamı vurğulayıb ki,  regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı vəziyyətin müzakirəsinə həsr olunmuş üçüncü görüş idi:

“Bu sülh danışıqları istiqamətində yeni bir addımdır.  

Bildiyniz kimi görüşün müzakirə mövzularında biri də  Ermənistanla Azərbaycan dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsi olub. 

Burada digər məsələ iqtisadi inkişafın təmin olunması üçün iqtisadi məsləhət qrupunun da işinin davam etdirilməsidir.

Azərbaycanın mövqeyi gələcəyə baxmaq, regionun inkişafına xidmət edən iqtisadi potensialı hərəkətə gətirmək, kommunikasiyaların açılmasını, sülhü və təhlükəsizliyini təmin etməkdir".

Nilay

Oxşar Xəbərlər