KRİMİNAL

“Lotu Quli”nin adamları görün harada tutuldu - Qardaşı başçılıq edirmiş

Rusiyanın Surqut şəhərində azərbaycanlılardan ibarət cinayətkar dəstə ələ keçib. 

Gundem.az-ın məlumatına görə, kriminal dəstə  quldurluq, hədələyərək pul tələb etməkdə ittiham olunur.

Məlumata görə, onlar 2020-ci ilin payızından şəhərdə fəaliyyət göstərən kommersiya qurumlarına haqq qoyaraq pul tələb ediblər.

Yerli “Novıy Den” agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbədən daxil olan məlumata görə, onlar “Lotu Quli”nin qardaşı və varisi sayılan Namik Bakinskinin nəzarətində olub, onun əmrlərini yerinə yetiriblər.

Dəstə üzvləri  barəsində 2 aylıq həbs qəti imkan tədbiri seçilib.

Oxşar Xəbərlər