DÜNYA
Binəli Yıldırım və Şamil Ayrımın qəza keçirdiyi avtomobilin FOTOSU
Xəbər verdiyimiz kimi, Zəngilan Beynəlxalq Hava Limanının açılışına qatılan AK Partiya sədr müavini Binəli Yıldırım və Millət vəkili Şamil Ayrım açılışdan geri dönərkən Cəbrayıl rayonunda yol qəzası keçirib.
32gun.az Türkiyə KİV-nə istinadən, Binəli Yıldırım və Şamil Ayrımın qəzaya uğradığı avtomobilin fotosunu təqdim edir.
Qeyd edək ki, hazırda hər iki şəxsin vəziyyəti qənaətbəxşdir. Ehtiyat tədbirlərindən sonra xəstəxanadan buraxılacaqlar.
Nurlan Şiraliyev