Ər arvadını saçından yolub küçəyə çıxardı - Başını kəsdi (FOTO)
Dənizli bölgəsində dəhşətli hadisə baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ahmet Emre Irmak dlı şəxs ata və anası ilə birlikdə yaşadıqları evdə 20 yaşlı həyat yoldaşı Elif Irmakla naməlum səbəbdən mübahisə etməyə başlayıb.
02:00 radələrində mübahisə zamanı ər həyat yoldaşının saçından sürüyərək evdən 100 metr uzaqlıqldakı boş əraziyə aparıb vəgənc qadının başını bıçaqla kəsərək öldürüb.
Dəhşət dolu anların şahidi olan ana Nazan Irmak polisə zəng edərək kömək istəyib. Qadının hadisə barədə verdiyi məlumatdan sonra ünvana gələn jandarma əməkdaşları boş sahədə gənc qadının cansız bədəni ilə qarşılaşıb.
Dəhşətli qətldən sonra evə qayıdan ər davanı sakitləşdirməyə çalışarkən ayağından yaradığı atası Hikmet Irmakın yanında cinayət aləti olan bıçaqla təslim olub. Onun psixoloji problemlərinin olduğu iddia edilib.
Nilay
